Bakı Limanının 45000-ci sərnişini: Bakıda bizə münasibət çox gözəldir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45000-ci sərnişini qəbul edib.
Milli.Az xəbər verir ki, bu münasibətlə Bakı Limanında Türkmənistandan olan şanslı sərnişin Bibipatma Yarjanovanın mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Bakı Limanının və Türkmənistan səfirliyinin nümayəndələri iştirak ediblər.
Bakı-Türkmənbaşı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma xanım bildirib: "Bu xoş təsadüf məni çox sevindirdi. Artıq 3-cü dəfədir gəmi ilə Türkmənistandan gözəl paytaxtınız Bakıya səfər edirik. Bakı Limanında işin təşkili, bizə olan münasibət çox gözəldir. Göstərdiyiniz diqqət üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!"
Türkmənistanlı sərnişinə mükafat olaraq sertifikat təqdim oluunub. O, həmçinin bundan sonra Bakıya 3 dəfə pulsuz gəliş imkanı əldə edib.
Qeyd edək ki, son iyirmi ildə rekord sayda sərnişin daşınması məhz 2018-ci ildə qeydə alınıb. Ötən illə müqayisədə sərnişindaşınmada 50% artım qeydə alınıb və ilin sonuna qədər bu rəqəmin 47000 nəfəri keçəcəyi gözlənilir.
Sərnişin sayının artması ilə əlaqədar həm də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub. Sərnişin terminalı ildə 150 000 sərnişinə xidmət göstərəcəkdir.
Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaqdır ki, sərnişinlər biletləri internet üzərindən və ya xüsusi proqram yükləməklə əldə edə biləcəklər.
Xatırladaq ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Limanında 3,9 milyon ton yük aşırılıb və ümumi yük dövriyyəsinin 52%-i Türkmənistanın payına düşüb. Bu ilin may ayında qonşu ölkədə yeni Türkmənbaşı Limanının istifadəyə verilməsi və "Lapis Lazuli" beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi ilə Türkmənistanla yük dövriyyəsinin daha da artacağı gözlənilir.
İlkin İzzət
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
XƏBƏR LENTİ
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi





