Ölkə

Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq

14 Dekabr 2018 13:34
0 Şərh     Baxış: 2 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti ildən Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq.

Bu barədə Milli.Az "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildiriblər.

Milli.Az-a verilən məlumata görə, sərnişinlər biletləri artıq internet üzərindən və ya xüsusi proqram yükləməklə də əldə edə biləcəklər.

Qeyd edək ki, bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45000-ci sərnişini qəbul edib.

Bu isə son iyirmi ildə rekord sayda sərnişin daşınması deməkdir. Belə ki, ötən illə müqayisədə sərnişindaşınmada 50% artım qeydə alınıb və ilin sonuna qədər bu rəqəmin 47000 nəfəri keçəcəyi gözlənilir.

Sərnişin sayının artması ilə əlaqədar həm də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub. Sərnişin terminalı ildə 150 000 sərnişinə xidmət göstərəcəkdir.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.