Ölkə

“Kubinka”da narkotik satışı ilə məşğul olan “Bibi”nin istintaqı başa çatdı

14 Dekabr 2018 12:55
7 Şərh     Baxış: 2 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən Sənubər Lütfəliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, S.Lütfəliyevanın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan "midraks-tropikamin" aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayonu, "Kubinka" adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan "bibi" ləqəbli şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini S.Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.