Ölkə

Bakıda avtobus sürücüsü metronun süpürgəçisini vuraraq öldürdü - YENİLƏNİB

14 Dekabr 2018 13:16
1 Şərh     Baxış: 3 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:16

Bakıda avtobusun piyadanı vuraraq öldürməsi hadisəsi barədə yeni təfərrüat məlum olub.

Milli.Az bildirir ki, report-un əldə etdiyi məlumata görə, hadisə metronun "Koroğlu"stansiyanın avtobus dayanacağında baş verib. 58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun "Koroğlu" stansiyasında xadimə işləyirmiş.

----------
12:31

Bakıda marşrut avtobusu qadın piyadanı vuraraq öldürüb. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.