Ölkə

Arvadını qayınatasının evində öldürdü - qətlin TƏFƏRRÜATI - YENİLƏNİB - FOTO

14 Dekabr 2018 17:52
17 Şərh     Baxış: 8 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:52

Yevlax rayonunda qadının həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə Yevlaxın Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini, 30 yaşlı Saday Sadıqov həyat yoldaşı, 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşısında bıçaqlayıb.

Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.

Hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn Vəfa Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb. Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.

Saray Abışovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə Saday Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub.

Qeyd edək ki, qətlə yetirlən qadın iki oğul anasıdır. Hadisəni törədən Saday Sadıqov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

-----------

11:21

Yevlax rayonunda kişi arvadını qətlə yetirib.

Milli.Az report-a istinadən xəbər verir ki, 29 yaşlı Saday Sadıqov həyat yoldaşı 30 yaşlı Vəfa Sadıqovanı qayınatasının evində bıçaqla öldürüb.

S.Sadıqov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.