Ölkə

Parlamentlərarası İttifaqın prezidenti: "Təhsil və elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik"

14 Dekabr 2018 11:06
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında iştirak etdiyimə görə çox şadam. İlk öncə Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə bu konfransa ev sahibliyi etdiyinə görə təşəkkür edirəm.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron sözügedən konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycan gənclər üçün innovasiyalı, bu günün çağırışlarını qət etmək üçün təkliflər edir, onların həyata keçməsi üçün yaxşı şərait yaradır.

Q.Barron bildirib ki, biz daha yaxşı hərəkət etməli və dünyada hansı çağırışlara əməl etməyimizi bilməliyik: "Eyni zamanda bu gün biz dəyişikliklər haqqında düşünməliyik. Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlim dəyişikliyi sahəsində 1.5 dərəcə istiliyin artdığını bilirik. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təsirlərə hazır olmalıyıq. Çünki onlar bizim həyatımıza təsir göstərəcək".

Parlamentlərarası İttifaqın prezidenti vurğulayıb ki, 7 nəsil qabağa baxanda bugünkü şəraitin olmayacağını görməliyik: "7 nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. 6 milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır".

Q.Barron qeyd edib ki, gələcəklə bağlı işlər, təklif olunan rəylər cəsarətli olmalıdır: "Gənc siyasətçilərə bu sahədə arxalanır və əminəm ki, onlar bizim gələcək dünyamızı quracaqlar. Siz bizim gələcəyimizin təminatçısınız. Bugünkü çağırışlara olan cavab tədbirləri gənclərsiz mümkün olmayacaq. Gənclərlə bağlı qərarlar onlarsız qəbul edilməməlidir. Biz onları dəstəkləməliyik. Təhsil, elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik. Biz təhsili xərc kimi deyil, üstünlük, borc kimi qarşılamalıyıq. İnsanlarla bağlı problemlər təhsillə həll edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.