Ölkə

Azərbaycanın ÜTT-ə üzvlüyü ilə bağlı növbəti danışıqların vaxtı açıqlandı

14 Dekabr 2018 10:41
Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn həftə Cenevrədə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqlar aparılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.

Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə iş gedir, danışıqlar davam etdirilir:

"Gələn həftə İsveçrənin Cenevrə şəhərində növbəti danışıqlar keçiriləcək. Həmçinin təşkilatın özündə islahatlar aparılacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.