Ölkə

Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı başlayıb

14 Dekabr 2018 10:44
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Məclisdə Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Milli Qəhrəmanlarımızın xatirəsini yad ediblər.

"Dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi" mövzusunda keçirilən konfransda Milli Məclisin spikeri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və digər xarici və yerli qonaqlar iştirak edirlər.

Konfrans müxtəlif sessiyalarla iki gün davam edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.