Ölkə

"MTN əməkdaşı"nın apellyasiya şikayəti təmin olunmadı

13 Dekabr 2018 15:48
0 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində bir neçə vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Nami Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Y.Bayramovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Y.Bayramov Sevdimalı Novruzova onun oğlunu işə düzəldəcəyi vədi verib və ondan dələduzluq yolu ilə pul alıb. Lakin Y.Bayramov vədinə əməl etməyib.

Zərərçəkmiş S.Novruzov ifadəsində deyib ki, Y.Bayramov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçisi kimi təqdim edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.