Ölkə

Gürcüstan vətəndaşı Bakıda evi talayıb apardı - DİN müraciət etdi - FOTO

13 Dekabr 2018 15:39
1 Şərh     Baxış: 1 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Xətai rayonu, Telnov küçəsi, bina 2324 ünvanında yerləşən mənzillərdən birindən oğurluq edilib. Bu barədə zərərçəkən Xətai Rayon Polis İdarəsinə müraciət edərək evdən dəyəri 1700 manat olan bir ədəd televizorun, qiyməti 700 manat olan noutbukun naməlum şəraitdə qapının sındırılması nəticəsində oğurlandığını bildirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Gürcüstan vətəndaşı Geidar Mursakulov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edərək oğurladığını əşyaları satdığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya  Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.