Ölkə

Sumqayıt Dövlət Dram Teatrında Ulu Öndər anıldı...

13 Dekabr 2018 15:57
Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarix onu yazan, zəkası və iradəsi, qətiyyəti ilə yaradan şəxsiyyətlərilə mənalıdır. Belə qüdrətıi şəxsiyyətlərdən biri  dünya  siyasi arenasında  öz imzasını qoymuş  ulu öndər Heydər Əliyevdir.  Hələ Sovet dönəmində  karyerasını riskə ataraq  milli mücahidlərə  kömək göstərirdi.  1993-cü ilin yayında siyasi hakimiyyətə qayıdışından sonra  ümumilli lider Müstəqil Azərbaycanı rahat bir inkişaf yoluna çıxartdı, bütün sferalarda tərəqqi  strategiyası formalaşdırdı.  Ulu öndər  dövlətçilik təfəkkürünü, azərbaycançılıq fəlsəfəsini bizə aşıladı. Təəssüf ki, yaradılışın acı  reallığı dahi siyasətçini  cizmən bizdən ayırdı.

Milli.Az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında  ulu öndərlə bağlı, onun dövlətçilik  fəaliyyətini özündə ehtiva edən  iki tarixi dram- A.Babayev "Xilaskar", H.Orucov "Burdan  min atlı  keçdi" tamaşaları  hazırlanaraq tamaşaçılara təqdim  olunub. 

Bu gün də teatr kollektivi dərin hüzn və hörmətlə dahi  öndəri andı.  Ümumilli liderin  mədəniyyət, ədəbiyyat tarixində silinməz iz qoyduğu  danılmaz faktdır. Onun sənət adamlarına verdiyi dəyər hər zaman teatr xadimlərini  yeni  yaradıcılıq axtarışına sövq edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.