Ölkə

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində silsilə seminarlar təklif edir

13 Dekabr 2018 13:06
Baxış: 2 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

MƏQSƏD
• Əsas məqsəd iştirakçıların eksperimental təcrübə vasitəsi ilə incəsənətin müasir formaları haqda məlumat almaq imkanı yaratmaqdır
• Müxtəlif materiallar, sənət texnikası və strategiyaları tətbiq edərək təcrübədən keçirmək şəraitini yaratmaq
• Yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ YARAT-IN TƏMİNATI
• Təlim proqramı müddətində "YARAT Studios" məkanında şərikli emalatxana
• YARAT-ın kuratorlar komandası ilə daimi görüşlər
• Dərslərdən kənar tədbirlər (rəssamlarla görüş və s.)
• Proqram çərçivəsində 4 qısa təqdimat və proqramın sonunda ARTIM Layihə Məkanında yekun sərgi keçirmək
• Yekun sərgi üçün məhdud büdcənin ayrılması

İŞTİRAKÇILAR ÜÇÜN TƏLƏBLƏR
Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün YARAT AKADEMİYASI-nın bütün tədbirlərində mütəmadi iştirak etməlidirlər. Gündəlik emalatxana təcrübəsi isə proqram iştirakçılarının praktiki bacarıqlarını möhkəmləndirəcək.
• Yeni ideyalar fikirləşmək və onları həyata keçirmək
• Gündə ən azı 3 saat emalatxana təcrübəsi
• Həftənin hər cümə (saat 16:00-20:00) və şənbə (saat 10:00-16:00) günləri rəssamlar, kuratorlar, beynəlxalq rezidentlər və ustadlar tərəfindən mühazirə, müzakirə və ustad dərslərində iştirak etmək
• YARAT Akademiyasının mühazirələrində iştirak (mart-aprel, oktyabr-noyabr aylarında hər bazar ertəsi, çərşənbə axşamı və cümə günləri)
• Hər bir iştirakçı tərəfindən təşkil olunacaq 4 qısa təqdimat sərgisi üçün 4 fərqli incəsənət əsərinin yaradılması (əsərlərin istehsal xərcləri iştirakçılar tərəfindən qarşılanmalıdır)

Portfolioların son göndərilmə tarixi: 21 yanvar 2019-cu il

Portfoliolarınızı [email protected] e-mail ünvanına göndərilməli

Seçilmiş namizədlərin elanı: 2019-cu il mart ayının birinci həftəsi

Layihənin müddəti: mart 2019 - mart 2020

Əlavə məlumat: +994 12 505 1414; +994 50 246 9292

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.