Ölkə

Növbəti üç günün HAVAsı AÇIQLANDI

13 Dekabr 2018 12:38
230 Şərh     Baxış: 10 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, dekabrın 14-ü gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Onun sözlərinə görə, dekabr ayının 15-16-da hava şəraitin, əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Növbəti günlərdə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".

Direktor qeyd edib ki, Bakıda 9-12, Mərkəzi Aranda 8-13, Dağlıq ərazilərdə 3-6 dərəcə isti olacaq: "Şimal-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.