Ölkə

Prokuror Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına cəza istəyib

13 Dekabr 2018 14:13
0 Şərh     Baxış: 2 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azad Rufullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Rufullayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra onun vəkili müdafiə çıxışı edib.

Vəkil deyib ki, müvəkkili A.Rufullayev günahsızdır.

Onun sözlərinə görə, A.Rufullayev bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Azad Şərifovla heç bir biznes-plan qurmayıb, ona heç bir vəd verməyib: "Azad Şərifovu aldadan Əjdər adlı şəxsdir",

Vəkil müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, A.Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzinin vəzifəli əməkdaşı olub. Bu dələduzluq işi ilə bağlı qalmaqal yaranan zaman o, öz ərizəsi ilə işdən çıxıb.

İttiham aktına əsasən, A.Rufullayev Əjdər adlı şəxslə qabaqcadan əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib. Onlar zərərçəkmiş A.Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat pul alınıb.

Vəzifəli şəxsə rüşvət verməkdə də ittiham edilən A.Rufullayev heç bir ittihamla razılaşmır.

İttihamda qeyd edilib ki, A.Şərifovdan alınan 456 min manatın 300 mini ayrı-ayrı vəzifəli şəxslərə işin görülməsi üçün rüşvət kimi verilməli imiş.

A.Rufullayev ifadəsində deyib ki, bu işdə yalnız Əjdər adlı şəxslə A.Şərifovu tanış edib. Sonra isə tərəflər arasında biznes qurmaq üçün danışıqlar olub. Plana əsasən A.Şərifov İraqda təsərrüfat mallarının satılması üçün mağaza açmaq istəyib.

Mağaza açılsa da, qazancı nəzərdə tutulan kimi olmayıb və buna görə də tərəflər arasında narazılıq yaranıb.

A.Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.