Ölkə

Bərdədə 15 yaşlı qız qaçırılıb - YENİLƏNİB

13 Dekabr 2018 17:57
1 Şərh     Baxış: 3 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:57

Bərdə rayonunda qaçırılan 15 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az Report-a istinadən bildirir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cu il təvəllüdlü Ş.H-nın və onu qaçıran Habil İsmayılovun yeri müəyyən edilib. 15 yaşlı qız ailəsinə təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, 15 yaşlı qız evlənmək məqsədi ilə könüllü olaraq qoşulub qaçıb. Bu səbəbdən cinayət işi başlanmayıb. Hər iki şəxsdən izahat alınaraq sərbəst buraxılıb.

----------

12:02

Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək üçün qaçırılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.