Ölkə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib - FOTO

12 Dekabr 2018 18:54
Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, guşədə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndərin büstü önünə çiçəklər qoyub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil dövlətimizin yaranmasında göstərdiyi misilsiz xidmətlərindən danışılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.