Ölkə

Nazir müavini: "Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək"

12 Dekabr 2018 14:35
Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda baramaçılığın inkişafı üçün tədbirlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O bildirib ki, bu il baramaçılığın inkişafı ilə bağlı ölkəyə 1 milyon tut tingi gətirilib: "Ümumilikdə bu məqsədlə ölkəyə 3, 5 milyon tut tingi gətirilib. Oktyabrın sonunda baramaçılıq üçün damazlıq stansiyası istifadəyə verilib. Hazırda stansiya fəaliyyətini davam etdirir. Çalışacağıq ki, çatmayan hissəni Çindən gətirək. Stansiya nəzərdə tutulan güclə fəaliyyət göstərəndən sonra ölkəmizi daxili istehsalla təmin edəcəyik".

Nazir müavininin sözlərinə görə, növbəti il üçün xaricdən 20 min qutu barama toxumunun gətirilməsi nəzərdə tutulub ki, bu da hardasa 800 ton yaş barama istehsalı deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.