Ölkə

Nadirin evindən 50 MİN DOLLAR oğurladılar - Dəqiq bildim ki, o qadın ... - FOTO

13 Dekabr 2018 10:25
9 Şərh     Baxış: 4 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nadir Qafarzadənin mənzilindən külli miqdarda pul oğurlanıb.

Milli.Az xəbər verir ki, müğənni bu barədə "5/5"də danışıb.

Nadir aparıcı Zaur Kamalın "Küsülü olduğun insan var?" sualına cavab verərkən evindən edilən oğurluqla bağlı geniş açıqlama verib.

Nadirin sözləri hər kəsi məəttəl qoyub:

"Heç kimlə küsülü deyiləm. İnciklik ola bilər, amma heç o da yoxdur. Mən küsülü qalmağı xoşlamıram.

Hətta bu yaxınlarda bizim yaxın qohumlardan bir nəfərə qarşı mən haqsızlıq etmişdim. Evdən çoxlu miqdarda pul itmişdi. Mən elə bildim o götürüb, babal yudum. Mən o xanımdan bildim. Sonra dəqiq bildim ki, o qadın deyil. Ona zəng edib, üzr istədim ki, birdən mənə nə isə olar, o dünyaya günah aparmayım özümlə. Halal pul idi, getdi. 50 min dollar idi, təxminən 100 min manata yaxın. Şükür Allaha, mənim həyat yoldaşım o mənada mənə dəstək olur. 

Bu hadisə hardasa il yarımdır baş verib. İlk dəfədir deyirəm bunu. Evə polis də gətirmədim. Dedim tanışlardan çıxar, utandım. Məndə haramçılıq yoxdur. Mən 1 manat da tapanda yiyəsini axtarıram ki, yiyəsinə verim. Hələ mənim boğazımdan haram tikə keçməyib. Oldu da, təki salamatçılıq olsun!".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.