Ölkə

"Artıq insanlar mənə başqa cür baxır" - Nadirdən MARAQLI AÇIQLAMA - FOTO

13 Dekabr 2018 09:03
5 Şərh     Baxış: 3 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha o səhvləri etmək istəmirəm.

Milli.Az xəbər verir ki, bunu Nadir Qafarzadə "5/5"də aparıcının "Demisən ki, daha efirlərə çıxmayacam" sözlərinə cavab verərəkən deyib.

Müğənni artıq adının qalmaqallarda hallanmağını istəmədiyini bildirib:

"Son zamanlar efirlərə çağırıb, qalmaqal yaradırlar. Ona görə soruşuram ki, mən kimlə gələcəm, nə edəcəm? Kimsə pis oxudu, yaxşı oxudu müzakirə etməyə gəlmirəm. Mən millət vəkili, ictimai xadim deyiləm ki, kimisə müzakirə edim. Mən müğənniyəm. İstəyirəm ki, buna kimi etdiyim səhvləri daha etməyim. İstəmirəm vaxtı ilə efirdə baş verən qalmaqallar təkrarlansın. Artıq hər şeyi sıfırdan başlamaq istəyirəm. Çünki artıq yaşım o yaş deyil, övladlar böyüyüb. Artıq insanlar mənə başqa cür yanaşır. İnsanlar yanaşıb "Sənətkar, necəsən? Nadir müəllim, nə var, nə yox?, Nə qulluq edək?" Bunları görəndə artıq ciddiləşirəm. Bir az özümü yığışdırıram ki, mən artıq özümü insanların mənə yanaşdığı kimi aparmalıyam". 

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.