Ölkə

Su Polisindən daha bir alqışlanası addım - Əhaliyə çağırış edildi - VİDEO - FOTO

11 Dekabr 2018 16:54
0 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatında Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları  ölkə ərazisində bir neçə şəxsi standartlara uyğun olmayan kustar üsulla hazırlanmış, antisanitar qaydalara riayət edilmədən sobada hisə verilmiş balıq məhsulları, ev dovşanları, bildircinlər və digər heyvanları hazırlayarkən tutub.

İdarədən Milli.Az-a verilən məlumata görə, insan sağlamlığına ciddi zərər vuracaq qədər natəmiz şəraitdə hazırlanan və əhaliyə satılan bu məhsulların heç bir dövlət qurumundan sənədi yoxdur. İdarənin əməkdaşları tərəfindən sadalanan heyvanları hisə verilmiş şəkildə satışa cixaran Vüqar Səmədov və Rövşən Zahidli haqqında hazırda Su Nəqliyyatı Polis İdarəsində araşdırma aparılır.

İdarə əməkdaşları qeyd olunan antisanitar şəraitdə hazırlanan balıq növləri, ev dovşanları, bildirçin və digər heyvanların hazırlandığı məkanı videolentə almaqla yanaşı, bu cür üsulla hazırlanan məhsulların insan sağlamlığına ciddi zərər vurulduğu hər iki şəxsin nəzərinə çatdırıblar. Adları çəkilən hər iki şəxs barədə Azərbaycan  Respublikasının  qanunvericiliyinə əsasən müvafiq ölçü  goturuləcək.



Su Nəqliyyatında Polis İdarəsi əhaliyə səslənərək satılan bu cür məhsulları alarkən çox diqqətli olmağa çağırır. İdarə əməkdaşları ölkə ərazisində bu cür halların qarşısının alınması naminə reydləri davam etdirir.

Məlumatda o da bildirilir ki, Su polisi dəniz kənarındakı qum, balıqqulaqlarını oğurlayan, dənizə qanunsuz körpülər salan, eləcə də dənizə qum tökməklə dənizi qurudanlara qarşı da reydlər həyata keçirəcək.

Pünhan Mirzə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Su polisindən alqışlanası addım

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.