Ölkə

Nazir: "Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilər"

11 Dekabr 2018 13:59
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, iqtisadiyyat iki ölkə arasında əməkdaşlığın vacib istiqamətlərindəndir:

"Azərbaycanla Türkiyə arasında 2017-ci ildə ticarət dövriyyəsi 192 milyon dollar təşkil edib. 2013-2017-ci illərdə Azərbaycandan Türkiyəyə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 65,3 faiz, idxal həcmi 2,3 dəfə artıb".

İ.Kərimov, həmçinin Azərbaycanda kənd təsərrüfatının inkişafı barədə danışaraq qeyd edib ki, hökumət üçün bu sahədə prioritet taxılçılıq, pambıqçılıq və fındıqçılığın inkişafıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.