Ölkə

Əməkdar artist gəlininə 70 min manatlıq qızıl aldı? - Hərənin öz çəkisi var - FOTO

11 Dekabr 2018 14:03
14 Şərh     Baxış: 13 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğlumu ona bağışlamışam.

Milli.Az xəbər verir ki, bunu əməkdar artist Gülüstan Əliyeva "5/5"də Zaur Kamalın "Gəlinin üçün nə etmisən?" sualını cavablandırarkən deyib.

Xanım müğənni qızılı gəlini üçün ikinci planda tutduğunu qeyd edib:

"Gəlin üçün etdiyim ən böyük şey odur ki, onu oğluma almışam. Ən qiymətli varlığımı o qıza bəxş etmişəm. Yəni onu oğluma alaraq, oğlumu da ona bağışlamışam. Oğlumla bir həyat sürəcək xanımı evimə gətirmişəm. Ona verdiyim ən böyük hədiyyəm odur, ən böyük hədiyyə... Qır-qızıl boş şeydi e. Əlbəttə ki, elimizin adətinə uyğun olaraq qızıl da vermişəm. Hərənin öz adı, şəxsiyyəti, çəkisi var. Mən də özümə uyğun olaraq çalışmışam ki, ən yaxşı şeyləri gəlinə alıb aparım".

Gülüstan Əliyev Zaurun "Gəlinə 70 min manatlıq qızıl almısan" sözünü təkzib edərək "Yalandır" deyib.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.