Ölkə

Atatürk parkında kafe və restoranların 80 faizi sökülüb - YENİLƏNİB - VİDEO - FOTO

11 Dekabr 2018 17:14
14 Şərh     Baxış: 9 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:14

Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında kafe və restoranların 80 faizi sökülüb.

Milli.Az bildirir ki, bunu Report-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Nəzаrət şöbəsinin müdiri Zülfəli İsmayılov deyib.

Şöbə müdiri bildirib ki, söküntünün qalıqları təmizləndikdən sonra parkda abadlıq, yenidənqurma işləri aparılacaq.

-----------

13:29

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə "Gənclik" metro stansiyası yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, icra başçısının göstərişi ilə parkda yerləşən bütün  restoranlar, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir.  

Söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Atatürk parkında kafe və restoranların 80 faizi sökülüb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.