Ölkə

Qubada itkin düşən gənc tapıldı - Evdən getməsinə səbəb isə... - FOTO

11 Dekabr 2018 11:59
1 Şərh     Baxış: 4 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür axtarışda olan Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov tapılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun atası Elman Qasımov məlumat verib.

Atasının sözlərinə görə, Ə.Qasımov bu gün özü evə qayıdıb:

"Əziz təhsil aldığı kollecdə töhmət aldığına görə evdən getmişdi. O, ilk dəfədir belə bir iş görüb və əməlindən peşmandır".

Xatırladaq ki, Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə gedib, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.

Qeyd edək ki, Quba rayonunda daha bir gənc, 19 yaşlı Elmar Məmmədov da itkin düşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.