Ölkə

Braziliyada uşaqlar "Azerbaijao" dedilər - FOTO

11 Dekabr 2018 11:35
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi tərəfindən 2018-ci ilin yekunu olaraq, Rio de Janeyro şəhərində yerləşən və Azərbaycan adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, tədbir zamanı məktəb şagirdlərinə üzərinə "Escola Municipal Azerbaijao" (Azərbaycan adına Bələdiyyə Məktəbi) yazılmış maykalar və məktəbə lazım olan digər əşyalar hədiyyə edilib, ilin ən yaxşı şagirdlərinə səfir Elxan Poluxovun təşəkkürnaməsi təqdim olunub.

Məktəb tərəfindən isə il ərzində göstərdiyi dəstəyə, eləcə də bağışlanmış hədiyyə və ianələrə görə Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinə minnətdarlıq bildirilib.

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.