Ölkə

Vitse-spiker: "Azərbaycanda insan hüquqları ilə bağlı görülən işlər daha nikbin gələcəyi proqnozlaşdırmağa imkan verir"

10 Dekabr 2018 14:57
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dünyada insan hüquqları ilə bağlı vəziyyət narahatvericidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilən "Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum"da deyib.

B.Muradova bildirib ki, münaqişələr dünyada fundamental insan hüquqlarının pozulmasına səbəb olub. Hüquqlarının pozulması ilə yanaşı, irqi, dini ayrı-seçkiliklər də qeydə alınır.

Vitse-spiker Azərbaycanda insan hüquqlarının təmin edilməsi ilə bağlı lazımi qanunvericilik bazasının yaradıldığını deyib. O qeyd edib ki, Azərbaycan Konstitusiyasında və digər milli qanunvericilik bazasında insan hüquqlarının təmin olunması, azad yaşamaq, təhsil almaq və digər fundmental hüquqların təmin edilməsi üçün lazımi addımlar atılıb:

"Azərbaycan, həmçinin bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Görülən işlər ölkəmizdə daha nikbin gələcəyi proqnozlaşdırmağa imkan verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.