Ölkə

Bakı metrosunda döyülən qız: Dedi bilirsən nəyə oxşuyursan?

8 Dekabr 2018 15:04
12 Şərh     Baxış: 2 193

Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək.

Milli.Az bildirir ki, bu sözləri oxu.az-a dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib. 

Onun sözlərinə görə, qatarda ona yumuruq zərbəsi vuran şəxsin adı Əli olub:

"Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın çiyninə toxunmuşam. Metroda sərnişinlər çox olanda belə hallar olur. Amma həqiqətən də mən toxunduğumu hiss etməmişəm. Birdən qayıtdə mənə dedi ki, "yaxşı çiyin döyüşünə gedə bilərsən, döyüşək bəlkə?". 

Mən də dedim ki, çiyninə dəymişəmsə, bağışla. Sonra məni təhqir edərək, "sən heç bilirsən nəyə, kimə oxşuyursan?" dedi. Mən də əsəbləşdim ona söyüş söydüm. O da birdən üzümə yumruq vurdu. Sonra dava düşdü, təpik vurdu. Qatar stansiyaya çatanda polisləri çağırdım, onu saxladılar. Ərizə yazanda bildim ki, oğlanın adı Əlidir. Dünən polis bölməsinə çağırmışdılar, araşdırma apardıqlarını deyirlər. Kamera görüntüləri var, orda təpik vurulan an düşüb. Bu iş məhkəməyə qədər gedəcək".

Xatırladaq ki, hadisə ayın 6-da metronun Nizami stansiyasında yaşanıb.

Milli.Az 

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    **** · 8 Dekabr 15:34100

    Uje hecneye tecublenmek olmur.bele hara gedirik göresen.

    Cavab yaz
  • Anonim
    N · 8 Dekabr 15:56140

    Adın da kişi qoyub gezir beleleri.göresen gücü çatıbmı o qıza?utanc vericidi ne deyim

    Cavab yaz
  • Anonim
    Dima · 8 Dekabr 16:2460

    Bu nə səviyyəsiz hərəkətdi qız nə eləyibsə düz eləyib.halaldı bunlara həddini bildirməsəz elə biləcəklər elə belədə olmalıdı.

    Cavab yaz
  • Anonim
    @@@ · 8 Dekabr 16:5872

    Qıza təpik atan biqeyrət, təxminən neçə ermənini təpiklə vurubsan? Yoxsa ermənidən qorxursan?

    Cavab yaz
    • Anonim
      Birmənalı şəkildə · 8 Dekabr 19:4660

      Erməniyə gücü çatan, KİŞİ qarşısına çıxmağa layiq oğlan heç vaxt qadına gücünü sınamaz

      Cavab yaz
  • Anonim
    Samire · 8 Dekabr 16:5860

    Qız gerek fikir vermeyerdi onun sözüne, sakitce gedib başqa terefde durardı.Onda veziyyet de bu hala gelib çımayacaqdı. Bilirsiniz, seviyyeden kenar, terbiyrsiz insanlar çoxdu bu saat. Bu cüre itmiş insanları görende kar ve kor olmaq lazımdı.

    Cavab yaz
    • Anonim
      Haqlısan · 8 Dekabr 19:1450

      Düz söz. Öğlanla ağız-ağıza vermək lazım deyil. Nəzakətli oğlan susar, tərbiyəsizdən isə hər şey gözləmək olardı, istənilən qız acizdi oğlan qarşısında. Gərək cvb verməyəydi.

      Cavab yaz
  • Anonim
    Seva · 8 Dekabr 16:58100

    Mene maraqlı olanı bu kişicik görünüşce özünden iri bir kişi ile bu cür hereket ederdimi göresen

    Cavab yaz
  • Anonim
    @@@ · 8 Dekabr 17:01100

    Azərbaycan kişiləri niyə bu hallara düşdü, ilahi? Biri qız təpikləyir, biri saç kəsib, dəlləklik edir, biri çıxıb deyir arvadım ərə gedib, biri arvadını bıçaqlayır.

    Cavab yaz
  • Anonim
    ???????????? · 8 Dekabr 19:5800

    Görəsən qız nəyə oxuyurdu ki? Hə?

    Cavab yaz
    • Anonim
      ???????????? · 8 Dekabr 21:3700

      Oxşuyurdu ki?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.