Ölkə

Qızına qarşı iyrənc hərəkət edən atanın məhkəməsi başlayır

8 Dekabr 2018 14:29
7 Şərh     Baxış: 2 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yetkinlik yaşına çatmayan doğma qızına zorla seksual hərəkətlər edən atanın məhkəməsi başlayır.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, Nuşirəvan Hacıyev barəsindəki cinayət işinin istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub. Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızı Z-yə qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur..

Cinayət işinin məhkəmə istintaqı hakim Azər Paşayevin sədrliyi ilə araşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.