Ölkə

Bakıda yolun təmirə bağlanması təxirə salındı - YENİLƏNİB

8 Dekabr 2018 12:19
0 Şərh     Baxış: 3 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:19

Heydər Əliyev prospektinə qalxan yol qovşağının geri dönmə hissəsinin bağlanması təxirə salındı. 

Milli.Az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) oxu.az-a verilən məlumata görə, bu gün üçün Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissənin bağlanmasının təxirə salındığı bildirilib. 

Hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni məlumat olan kimi paylaşılacaq.

---------

10:39

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanır.

Bu barədə Milli.Az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.