Ölkə

Paytaxtda tıxac var - Səbəb yenə qəza - FOTO

7 Dekabr 2018 15:49
0 Şərh     Baxış: 2 361

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə "İpək yolu" şosesində, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında qeydə alınıb.

Hadisəyə səbəb kimi avtomobillərin ara məsafəsi saxlamaması göstərilir.

Belə ki, "Hundai" markalı avtomobil piyada zolağında əyləci basarkən arxadan gələn "Mercedes" ona çırpılıb. Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən yolda şəhər istiqamətində böyük tıxac yaranıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.