Ölkə

Azərbaycanda kənd təsərrüfatı tullantılarından enerji istehsal olunacaq

7 Dekabr 2018 16:04
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda kənd təsərrüfatı tullantılarından enerji istehsal etmək planlaşdırılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov deyib.

Z.Məmmədovun sözlərinə görə, bir ton pambığın istehsalı zamanı 3 tona yaxın tullantı formalaşır:

"Biz bu tullantıları istilik enerjisi mənbəyi kimi istifadə etməyi planlaşdırırıq".

Nazirlik rəsmisi bildirib ki, bu cür praktika dünyada geniş tətbiq olunur. Bununla bağlı özəl sektor nümayəndələri üçün kurs və treninqlər də təşkil olunur.

Z.Məmmədov əlavə edib ki, Energetika Nazirliyi ölkədə alternativ enerjinin inkişafını əhatə edən dörd qanun layihəsi hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.