Ölkə

Bakıda piyada 120-lik yolda ölümlə üz-üzə dayandı - VİDEO

7 Dekabr 2018 15:08
0 Şərh     Baxış: 1 255

Bakının əsas yollarından olan Beynəlxalq Hava Limanı şosesində təhlükəli anlar yaşanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, naməlum piyada gecə saatlarında ölümü gözə alaraq sürət həddi 120 km/saat olan yolda maşınların arası ilə hərəkət edir.

Şahidlərdən biri baş verənləri telefonla çəkərək sosial şəbəkələrdə yayıb.

Görüntülərdən məlum olur ki, naməlum şəxsin gəzdiyi ərazinin yaxınlığında piyada keçidi var.

Məsələ ilə bağlı Trend-ə danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sözügedən piyadanın bu hərəkəti böyük qayda pozuntusudur:

"İlkin olaraq həmin piyada tapılmalıdır, güman etmək olar ki, onun sağlamlığında hər hansı problem var. Ola bilsin ki, həmin an o, sərxoş halda olub".

Ə.Hüseynovun sözlərinə görə, piyada polis tərəfindən cərimələnməlidir.

"Hər birimiz insanıq, ola bilər ki, ruhi əsəb xəstəsidir, əslində, biz ona kömək etməyə borcluyuq. Əgər normal insandırsa, həmin şəxs ərazidə xidmət edən hüquq-mühafizə orqanları tərəfindən tapılaraq cərimələnməlidir".

Nəqliyyat üzrə ekspert sonda sürücülərə tövsiyə edib ki, bu cür hallarla rastlaşdıqları zaman dərhal polis əməkdaşlarına xəbər etsinlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda piyada 120-lik yolda ölümlə üz-üzə dayandı

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.