Ölkə

Deputat özəl telekanalların bağlanmasını təklif etdi: Yaxşı ki, AzTV var

7 Dekabr 2018 12:56
Baxış: 2 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanda bəzi televiziya kanallarında yayımlanan bir sıra verilişlərin millətə nəyi aşıladığı bəlli deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

A.Abbas qeyd edib ki, bəzi verilişlər milli-mənəvi dəyərləri kobud surətdə pozur: "Axşama qədər kiminsə saçının qırxılması, kiminsə axtarışına həsr olunan verilişlər var. Bu verilişlər əxlaqdan kənardır, insanları pozur".

Deputat bildirib ki, Milli Televiziya və Radio Şurası səlahiyyət verilməlidir ki, sözügedən verilişlərlə bağlı tədbirlər görsün.

Deputat Aqil Abbas Azərbaycanda fəaliyyət göstərən özəl kanalların bağlanmasını təklif edib: "Yaxşı ki, AzTV, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim  məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, rus məktəblərinə niyə uşaqları qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin. Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyünə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır. Ona görə də Milli Teleradio Şurasına da senzura ilə bağlı səlahiyyət verə bilərik"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.