Ölkə

Ombudsman: "Aparılan islahatlar dövlət qurumları tərəfindən insan hüquqlarının qorunmasına dəstək verir"

7 Dekabr 2018 11:19
Baxış: 582

Azərbaycan müstəqillik qazandıqdan sonra 64 əfv sərəncamı, 11 amnistiya aktı on minlərlə insana şamil olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir: "Bu il həm də ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilir. Onun başladığı islahatlar ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaradıb. Azərbaycanda qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verilib".

Ölkəmizdə hüquqla bağlı çoxsaylı qanunvericilik aktlarının qəbul olunduğunu deyən E.Süleymanova əlavə edib ki, ölkəmizdə aparılan islahatlar dövlət qurumları tərəfindən insan hüquqlarının qorunmasına dəstək verir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.