Ölkə

İrandan diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyuldu

7 Dekabr 2018 10:00
0 Şərh     Baxış: 1 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar, İranın Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb. 

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün agentlik tərəfindən İranın Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.