Ölkə

“Qadının tələbatlarını kim ödəməlidir?” - Məşhurlardan saçı qırxılan gəlinin VİDEOSUNA REAKSİYA

6 Dekabr 2018 20:00
26 Şərh     Baxış: 5 840

Neçə gündür əri tərəfindən saçı qırxılan, döyülüb işgəncə verilən qadınla bağlı müxtəlif fikirlər deyilir, müzakirələr aparılır.

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı Teleqraf.com cəmiyyətdə müəyyən mövqeyi olan qadınların rəyini öyrənib.

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hadisənin təfərrüatından xəbərsiz olduğunu deyib: "Nə baş verdiyini detallarına qədər bilmirəm, bəlkə hansı səviyyədəsə qadın da günahkardır, amma ibtidai icma quruluşuna aid üsulu bu günə tətbiq eləmək cahillikdir. İkincisi, o qadın həmin kişinin övladının anasıdır, bu hərəkəti ona necə yaraşdırır?

Ümumiyyətlə, qadına qarşı zorakılıq, qadına əl qaldırmaq, ona şiddət göstərmək qarşı tərəfin cahilliyindən xəbər verir. Kişilik meyarı bu deyil".

Zorakılıq faktını böyük narazılıqla qarşılayan Tənzilə Rüstəmxanlının fikrincə, mənsub olduğumuz cəmiyyətin böyük qismi oxumalı, maariflənməlidir, oxumayan toplum gerilik bataqlığında qalır: "Bu səbəbdən belə hadisələr yaşanır. Soruşan gərəkdir, bu nə davranışdır, kim sənə icazə verib qadını bu vəziyyətə salıb sosial mediada yayımlayırsan?

Cəmiyyətimiz buna qınaqla yanaşmalıdır. Bu tendensiya ənənə halına gələ bilər. Belə halların qarşısı alınmalı və onu törədən adam haqqında hüquqi çərçivədə ölçü götürülməlidir".

Jurnalist Jalə Mütəllimovanın fikrincə, heç bir halda qadınla əl-qolla danışmaq, zorakılıq göstərmək olmaz: "İstər qadın, istər kişi olsun, fiziki güc tətbiqi onu edənin özünün psixoloji vəziyyətindən xəbər verir.

Qadını döyəsən, bədəninə dağ basasan, saçlarını qırxasan - buna necə normal yanaşmaq olar?
Birincisi, qadının üzünü, ikincisi, bədənini tirajlayırlar. Bu, qadına qarşı ən alçaldıcı hərəkətdir. Bunu təkcə problem yaşayan ailələr yox, gənclər də, internetə çıxışı olan uşaqlar da görür. İnsanın ruhu ilə, beyni ilə bu dərəcədə sərt oynamağa ehtiyac yoxdur.

Arvad Azərbaycanda qalıb, kişi özü Rusiyaya işləməyə gedib. Bu nə dərəcədə düzdür? Bəs qadının duyğuları, həyatı yoxdurmu? Onun geyim, yemək tələbatını kim ödəməlidir? Özünə ər deyən adam vəzifələrini düşünər, sonra gedər hansısa qadını alçaldaraq təqibə məruz qoyar...

Həyat yoldaşınla anlaşa bilmirsənsə, sivil variant var, get boşan. Əgər qadın ərinə xəyanət edibsə, mütləq onun səbəbləri var. Mənim həmişə bir fikrim olub, əqidəli və əxlaqlı kişilərin xəyanətkar və pozğun qadınları olmur".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, belə hadisələr cəmiyyətə son dərəcə neqativ mesajlar ötürür: "Mən kiminsə şəxsi həyatı ilə bağlı mənfi yüklü hadisəni dəstəkləyə bilmərəm, bu mənim normalarıma ziddir. Baxaq görək axıra qədər araşdırma aparılacaqmı, qadın sonacan öz haqqını müdafiə edəcəkmi? Hər bir tərəfin öz arqumenti ola bilər. Bu arqumentləri mətbuat, yaxud hüquq-mühafizə orqanları araşdıra bilər.

Hüquq müdafiəçisi kimi mənim işim odur ki, zorakılıq baş veribsə, hüquq-mühafizə orqanlarının buna reaksiyasına nail olum. Bəzən hüquq müdafiəçisinin üzərinə elə yük qoyurlar ki... Ailə münasibətində xəyanət olursa, kişi və ya qadın, deyir, mənə dəstək ver. Niyə kimisə dəstəkləməliyəm, bu mənim missiyam deyil axı...

Əgər həmin şəxs təhlükədə olsaydı və bununla bağlı mənə müraciət etsəydi, onun təhlükəsizliyini qorumağı birbaşa boynuma götürə bilərdim. Göründüyü kimi, hər hansı təhlükə barədə mənə müraciət olmadığına görə bu mənim missiyama aid sayıla bilməz.

Bizim sığınacaqda qalanlar yaxşı bilirlər ki, şəxsin əməllərinə heç vaxt bəraət qazandırmamışam. Kimisə zorakılıqdan qorumaq lazımdırsa, qorumuşam ki, cinayət baş verməsin. Heç bir qadına deməmişəm ki, ailə içində anormal münasibətlərdə yaşa və mən sənə dəstək göstərəcəyəm".

Yazar Aysel Əlizadənin məsələyə münasibəti belə olub: "Biri çıxıb deyir ki, ər çörəyi yeyən qadın döyülməldir. Yəni maddi asılılığın varsa, o səni döyə bilər. Halbuki məşhur Türkiyə müğənnisi Sılanı da əri döymüşdü, onun ki maddi asılılığı yox idi. Sözsüz ki, bu tip zorakılqılarda maddi asılılığın da önəmi var, sərbəst qadın özünü daha yaxşı müdafiə edir.

Amma bir çox qadın evi də saxlayır, ailəyə qazanc da gətirir, ailənin yükü onun üstündə olur, ər yenə onu incidir".

Yazar deyib ki, ailədə zorakılıqla üzləşməyib, amma qonşuda bunun şahidi olub: "Üstündən 25 il keçib, amma bu mənim yaddaşımda zədə kimi qalıb, görün indi ailənin uşaqlarında necə travma yaradıb.

Bu hadisələrdə bəzən iqtisadi faktor heç bir rol oynamır. Burda əxlaq, tərbiyə, kişinin mənsub olduğu genetika, onları böyüdən qadından çox şey asılı olur. Mən əminəm ki, qadına münasibətdə daha tolerant və tərbiyəli davranan kişilərin çoxuna o tərbiyəni anası verib. Özü döyülən anaların oğulları da həyat yoldaşları ilə o cür davranır.

Bunu mən təcrübəmdə, yazıcı müşahidələrimdə də görmüşəm. Oğul evdə psixoloji, fiziki terrorla məşğuldur, qadınla bağlı xoşagəlməz fikirləri, qeyri-adekvat davranışları var, bilmir ki, qadın nə deməkdir... Bu adam qadına normal münasibət görməyib və bunu ona öyrətməyiblər.

Boşanma mədəniyyəti dünyada qadın-kişi münasibətlərini pis hadisələrdən xilas edən üsullardan biridir. Toplumlar boşanma yolunu tapıb və onu bu gün də tətbiq edir. Hüquq isə bunu nəzarət altında tənzimləyir".

Milli.Az

loading...

Şərh yaz:

26 Şərh:

  • Anonim
    gul · 6 Dekabr 20:40910

    QADINLARI BU QEDER ALCALTMAQ OLMAZ YOL GETMIRSENSE BOWA HERE GETSIN OZ HEYATINI YAWASIN HEC BIR XOWBEXT QADIN ERINE XEYANET ETMEZ QADINI GUCLU XOWBEXT EDEN ONU SEVEN MADDI VE MENEVI CEHETDEN TEMIN EDEN AGILLI KIWI DURUR

    Cavab yaz
  • Anonim
    gul · 6 Dekabr 20:42810

    YAXWI AGILLI KIWININ ARVADI YANINDA OLAR OZLERI BAWQA QADININ YANINA GEDIRLER FIKIRLEWMILLERKI EVDEKININDE YANINA BAWQASI GELECEK ONAD ECEB EDIR O QADIN

    Cavab yaz
    • Anonim
      ?? · 6 Dekabr 23:3141

      Sen nəyi təbliğ edirsen?

      Cavab yaz
  • Anonim
    gul · 6 Dekabr 20:5178

    HEC KIM BU DUNYAYA POZGUN DOGULMUR ONU POZGUN EDEN ONUN ERIDI YAXWI KIWININ ARVADI POZGUN OLMAZ KIWISENSE YIG SEHV OZUNUNDU YOXSAKI IWTIMAYETE YAYMAQ NEYE LAZIM

    Cavab yaz
    • Anonim
      gul-e · 7 Dekabr 10:1910

      Yadında saxla ay gul. Gen deyilən informasiya daşıyıcısı var.İrsən keçir.Qadında həmin gen varsa gec-tez azacıq şərait olan kimi əyri yola gedəcək.Amma o genləri yoxdursa ölümə belə razı olar, başqa hərəkət etməz.Azərbaycan xalqı öz atalar sözləri ilə bunun izahını verib: Anası gəzən ağacı balası budaq-budaq gəzər.

      Cavab yaz
  • Anonim
    Aaaa.... · 6 Dekabr 22:06158

    Oturmusuz isti yerdə qarnınız da toxdur. Toxun acdan nə xəbəri. Kişilərin çoxu iş yeri problemindən düşüb küçələrə pul qazansın ailəni də müəyyən səbəblərdən aparmaq olmur. Misal üçün Ordubadın 2-3 kəndi var ki, kişiləri Rusiyada işləyir ailələri getməyib. Demək olar ki kəndin 70 faizi belədir. Onda onların hamısı xəyanətlə məşğul olub pozğunlaşsınlar? Əxlaq ərə görə qorunmalıdır? Məsləhətdir ki yenidən mütailə edib savadlanasız

    Cavab yaz
    • Anonim
      LADY- L · 6 Dekabr 23:4097

      Aileni mueyyen sebebden ora apara bilmeyen kishi zehmet cekib ele hemin " mueyyen sebeble " de evlenib ebedi orda qalsin. Gelib burda kagiz ustu el gozune evlenmeyin adi nedir ki ? Bir omur boyu o qadinlari tek-tenha gozuyashli qoymaq ???

      Cavab yaz
      • Anonim
        Aaaa.... · 6 Dekabr 23:5544

        Niyə gözü yaşlı qoyurlar ki? Onda ailə qurmayıb kişisiz qalan kişilər özlərini asmalıdırlar? Orda pozğunluq edən kişilər əlbəttə ki, düz eləmirlər, amma bunu hər kəsə şamil etmək olmaz hamısı belə deyil. Hardan dəqiq bilirsən ki, hər biri pozğundur. Elə kişilər var ki, hər gün ailəsi ilə əlaqə saxlayır ən çoxu 3 aydan birdə evə gəlir

        Cavab yaz
        • Anonim
          Aaaa.... · 7 Dekabr 08:5831

          Yenidən redaktə Onda ailə qurmayıb kişisiz qalan qadınlar özlərini asmalıdırlar? cümləsi olmalı idi. kobud səhv olub

          Cavab yaz
  • Anonim
    gul · 6 Dekabr 22:5935

    MENI TEHQIR ETMEYIN MEN AILESINI ALCALDAN QADINA EZABLAR VEREN BEZI KIWILEREDI SOZUM ZEHMETLE NAMUSU ILE PUL QAZANAN AILESINI QORUMAGI BACARAN KIWILERIMIZE OGULLARIMIZA AID DEYIL BU FIKRIM ELE KIWILER VARKI QADINLARINI OZLERI POZUR ELE WERAIT YARADILARKI QADINDA MECBUR OLUR O KI QALDI MENIM SAVADIMA SIZ NARAHAT OLMAYIN HER KESIN FIKRINE HORMETLE YANAWMALIYIQ

    Cavab yaz
    • Anonim
      Aaaa.... · 6 Dekabr 23:2130

      gul niki mən sözümü konkret sizə ünvanlamadım ümumi demişəm, həmçinin məqalədə isti yerdə oturub fikir bildirənlər oldu.

      Cavab yaz
  • Anonim
    gul · 6 Dekabr 23:2543

    SIZ MUEYYEN SEBEBDEN DEYIRSIZ AILENI APARMAQ OLMUR DEYENDE NEYI NEZERDE TUTURSUZ?MEN DEYE BILEREM O SEBEBI ORDA PRAPISKA UCUN RUS MATUWKALARININ YANINA GIRILER SORADA ARXALARI ILE BALALARI PEYDA OLUR YADA SENETLERINIZI OGURLAYIRLARKI GERI QAYIDA BILMESINLER BUDA NETICE ONDA EVDE QOYUB GETDIYINIZ XANIMLAR NE ETSIN?KONLUNDEN KIWI KECENDE WEKLINIZE BAXIB XEYAL QURMALIDI

    Cavab yaz
  • Anonim
    gul · 6 Dekabr 23:3400

    SIZ BILMIREM BEYSIZ YOXSA XANIM AMMA SOHBETIMIZ COX MARAQLIDI SAVADLI MEDENI INSANSIZ

    Cavab yaz
  • Anonim
    gul · 6 Dekabr 23:3400

    SIZ BILMIREM BEYSIZ YOXSA XANIM AMMA SOHBETIMIZ COX MARAQLIDI SAVADLI MEDENI INSANSIZ

    Cavab yaz
  • Anonim
    mamuska · 7 Dekabr 00:1452

    nece gundur bu pozgun qadin haqqinda tv,metbuat,ziyalilar,xalqimizin numayendeleri danisirlar...hami da kisini gunahlandirir ki,niye basini qirxibsan, niye doyubsen...hec o pozgun qadina deyen yoxdur ki,niye namusunu cole atibsan,niye yad kisilerin qollari arasindasan...niye erinin,erden de qabaq atanin,qardasinin,neslinin papagini yere soxubsan...men hemise qadin zorakiligina qarsi olmusam,amma burda men o kisinin terefindeyem,bir menali olaraq...bizim o qeder kisilerimiz var ki,xarice uz tuturlar qazanc dalinca,onda onlarin qadinlari pozgunluq etmelidirler...ister Boyuk Veten Muharibesinde, isterse de Qarabag doyuslerinde sehid olan kisilerimizin qadinlari telebatimi odeyirem deye pis yola dusmelidirler...siz ne danisirsiniz,qadinlari hansi yola surukleyirsiniz...bedenini acib ayib yerlerini ozu cekib aleme gosterir ki,erim meni bele doyub,haram olsun,ele qadindan ne gozluyursunuz.qaynana duz edib ele onun basini qirxib.bu nece gunun xeberlerinden bele basa dusdum ki, videonu da qiz ve ailesi oglandan

    Cavab yaz
  • Anonim
    gul · 7 Dekabr 00:1504

    Aaaa SIZ DEYESEN BAWQA OLKEDE YAWAYIRSIZ AILENIZEDE COX BAGLI INSANSIZ BU SOHBET SIZI BERK TUTUB ELBETDE DEYILEN FIKIRLER HER KESE AIT DEYIL QEYRETLI OGULLARA QURBAN OLSUN QOCUMUZUN QOYUNUMUZUN10000000

    Cavab yaz
  • Anonim
    gul · 7 Dekabr 00:1804

    SIZINLE SOHBETIMIZ COX MARAQLI ALINDI AMMA ISTIRAHETDE LAzIMDI AXI SABAH IWE GETMELIYIK GECENIZ XEYRE QALSIN SABAH BU MOVZUYA QAYIDARIQ

    Cavab yaz
  • Anonim
    gul · 7 Dekabr 00:1813

    SIZINLE SOHBETIMIZ COX MARAQLI ALINDI AMMA ISTIRAHETDE LAzIMDI AXI SABAH IWE GETMELIYIK GECENIZ XEYRE QALSIN SABAH BU MOVZUYA QAYIDARIQ

    Cavab yaz
  • Anonim
    şahnaz · 7 Dekabr 02:2922

    Bu məsələdə mən də Tənzilə xanımın fikirlərini dəstəkləyirəm.Həqiqətən hər hansı qadına qarşı bu, cahillikdir. Amma Mehriban xanımın "Mənim həmişə bir fikrim olub, əqidəli və əxlaqlı kişilərin xəyanətkar və pozğun qadınları olmur".kimi sözləri ilə qətiyyən razı deyiləm.Çünki,şahidi olduğum çox nümunəvi ailəyə gələn gəlin vardı ki, cehizi ilə bərabər yalnız cismini gətirmiş və ruhu isə ərindən öncə sevdiyi oğlanın yanında qoymuşdu. Əri onun keçmiş sevgilisindən də hər barədə artıq bir oğul idi.Bal ayına xaricə də aparmışdı.Nəticədə ər arvadının ona soyuq münasibətinin səbəbini anladı və 2 aydan sonra ona əl qaldırmadan .atası evinə göndərdi.Bax bu məsələdə sual olunur ki,bəs oğlanın qız tərəfindən aldanılması nəticəsində oğlana dəyən maddi və mənəvi zərəri kim ödəməlidir?Təəssüf ki,bizdə məsələnin bu tərəfinə ciddi yanaşan yoxdur,yalnız qadın müdafiə olunur.Kişilərin hamısı tərbiyəsiz deyil ki..Ona görə də məqsədli ərə gedib "adını" üstündən götürən qızların da ucbatından boşanmalar artacaq.

    Cavab yaz
    • Anonim
      mfff · 7 Dekabr 09:2220

      Siz bu qadınları müdafiə edə edə haraya gedecekler

      Cavab yaz
  • Anonim
    mfff · 7 Dekabr 09:2320

    Siz müdafiə edəd edə nəyi təbliğ edirsiniz

    Cavab yaz
  • Anonim
    Abdulla · 7 Dekabr 09:4700

    Çox dəyərli oxuyucular ona görə bu məsələnin müzakirəsi maraq doğurur ki, hamı bilsin və agah olsun ailəsinə sahib çıxmayan kişilərin ailəsi dağılır, ərinin namusunu qorumayan qadının həyatı məhv olur, bu cür hadisələrdən reytinq qazanmaq xatirinə bəhs edənlərin isə əhalinin nəzərində hörməti olada bilər olmayada, Allahın qarşısında isə heç bir dəyərləri olmur

    Cavab yaz
  • Anonim
    cavab · 7 Dekabr 10:0710

    besdirin,bilib bilmeden danismayin Yaxsi kisi yaxsi qadin anlayisi yoxdu Bioloji varliq heyvan daaiddir insana da Eger bu qadinin caninda varsa pis emel ciziqdan cixma varsa baqli qifilda da varsa edecek Kisi de onun kimiEger daxilinde vehsi hiss varsa her seye behane edecek ve siddet gosterecekMeselen,, bir kisi varki hedden artiq sakit zehmetkes ailecanlidi .Qadinsa eksine.daldada isler cevirir xeyanete yol acirHec neden eskikliyi yox amma edir Cunki bu yolu secir arxasina baxmadanQadin da var er ondan xebersizdi,eve gec gelirOnla maraqlanmir Evezinde zulumu qadin cekirAmmahec bir xeyaneti aqlindan bele kecirmir Qohum qonsu basina and icirDediyim stuasiyalar her teref cinse aiddirGelin indi bu qadini qoltuquna qarpiz vermeyinOyaxsi qadin bele is tutmamaliydi Ailesi onu telebatin odemezse merdmerdane ayrilaydiNe lazimdi arxadan isler cevirib sonra da ustu acilardiTesevur edin bu isle illerle mesqulduaile de xebersiz sakit yasayir Onda siz yenemi haqq qazandiracaqdiz bu qadinaEle qucaqlasan sekil her se

    Cavab yaz
  • Anonim
    .. · 7 Dekabr 10:0920

    cemiyyetki bele qadinin terefindedi,vallah oqlumu evlendirmeye qorxuram

    Cavab yaz
  • Anonim
    gul · 8 Dekabr 00:3000

    AXWAMINIZ XEYIR BAYAQ INTERNETIM ZEYIF IDI YAZDIGIM YAZI ALINMADI AMMA MEN AXMAQ QADINLARI KIWILERI MUDAFIYE ETMIREM AXMAQ INSANIN QANINA ELINI BULAMAGA DEYMEZ ASAN YOLU BOWANMAQDI BU QADINADA AITDI KIWIYEDE

    Cavab yaz
  • Anonim
    gul · 8 Dekabr 00:3100

    AXWAMINIZ XEYIR BAYAQ INTERNETIM ZEYIF IDI YAZDIGIM YAZI ALINMADI AMMA MEN AXMAQ QADINLARI KIWILERI MUDAFIYE ETMIREM AXMAQ INSANIN QANINA ELINI BULAMAGA DEYMEZ ASAN YOLU BOWANMAQDI BU QADINADA AITDI KIWIYEDE

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.