Ölkə

Bakı avtovağzalına yeni mətbuat katibi təyin olundu

6 Dekabr 2018 11:54
0 Şərh     Baxış: 2 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahverdiyeva yayıb.

O bildirib ki, bu günə kimi DANX-ın əməkdaşı olan Pərvin Məmmədova bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, qurumun mətbuat katibi Yaşar İsakov bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunduğundan BBAK-da bu vəzifə boş qalmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.