Ölkə

Bu gün paytaxtda və rayonlarda hava necə olacaq?

6 Dekabr 2018 09:33
1 Şərh     Baxış: 1 273

Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda qeyd olunur.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    elçin · 6 Dekabr 09:5310

    builki qışımız da belə getdi....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.