Ölkə

Regional prezident: "BP 2018-ci ilin yekununda AÇG blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək"

5 Dekabr 2018 18:57
Baxış: 438

"BP 2018-ci ilin yekunu üzrə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının 5-ci ildönümü ilə bağlı hesabat toplantısında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.

Q.Cons bildirib ki, AÇG-nin işlənməsi layihəsinin icrası çox böyük uğurla davam edir:

"Layihənin çox yüksək səmərəlilik əmsalı var. Bu il blokda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcəyik. Biz operator kimi ölkədə icra olunan bütün layihələrdən razıyıq. Bu, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi layihələrdir. Bütün bu layihələrin beynəlxalq səviyyə olduğunu hesab edirik. Biz bu layihələrə müəyyən investisiyalar yatırmışıq və sərmayə qoymağa davam edəcəyik".

Qeyd edək ki, AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə bağlanıb. 2017-ci il sentyabrın 14-də isə blokun 2050-ci ilədək işlənməsi üzrə yeni saziş imzalanıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.