Ölkə

Ər arvadını vəhşicəsinə QƏTLƏ YETİRDİ

5 Dekabr 2018 17:20
12 Şərh     Baxış: 2 958

Sumqayıtda gənc qadının amansız qətlinin səbəbi qısqanclıq olduğu ehtimal edilir.

Milli.Az bildirir ki, bu haqda məlumat "Sputnik Azərbaycan"a şəhər polis idarəsindən verilib.

Cinayət çərşənbə günü, dekabrın 5-də səhər saatlarında Sumqayıt şəhəri 11-ci mikrorayonda baş verib. 1992-ci il təvəllüdlü Ağayeva Aynur Ramiz qızına çoxlu sayda bıçaq zərbələri endirilib.

Patoloqoanatomlar qətlə yetirilmiş gənc qadının bədənində 40-a yaxın bıçaq yarası müəyyən ediblər ki, bunların da əksəriyyəti baş və boğaz hissələrinə endirilib.

İlkin məlumatlara görə, Ağayevanın əri Ağayev Yaqub Şirin oğlu qətldə şübhəli bilinərək saxlanılıb. İstintaqın ilk rəyinə əsasən, ər öz arvadını qısqanclıq zəminində qətlə yetirib.

Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb, istintaq işləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Oxucu · 5 Dekabr 17:4481

    Bilərəkdən qətl törədənlərə ömürlük həbs verilməlidir, əsla azadlığa çıxmamalıdırlar. Bu qatillərin səbəbi ya bəhanəsi nə olur olsun, onlar normal insanlar deyillər və hər zaman cəmiyyət üçün təhlükəlidirlər.

    Cavab yaz
  • Anonim
    /// · 5 Dekabr 17:44120

    Dehsetdir olum nece ucuzlasib eline bicagi gotur dus arvadin ustune 40 defe vur adini qoy qisqancliq.Onandisa basini 40 defe divara cirp ki daha Cox sevirem

    Cavab yaz
  • Anonim
    Afa (yeraz) · 5 Dekabr 17:5950

    Bu kişilər lap vəhşiləşib. Elə bıçaq əllərində hazır gəzirlər. Görmüşdük qısqanan kişi qadının yanından əl çəkməz, baxışlarını belə qısqanar. İndi də qısqanan kişilər bıçağa sarılır. Kim bunlara haqq verir ki, qadınlarımızı bu qədər alçatsınlar və öldürsünlər. Yəqin fikirləşirlər ki, namus üstündə olub deyəcək və az iş alacaq. Ancaq bilərəkdən qadınını öldürən kişilərə ölüm hökmü verilməlidi.

    Cavab yaz
    • Anonim
      maqa sarkazm · 5 Dekabr 18:5944

      kiiler lap vehwilewib deyirsiz belke meseleye bawqa yonden baxaq qadinlar lap azginlawib?bir etrafiniza diqqet yetirin kifayet edir esla duwunmuyun ki men burda kimse qetl edmeyin terafdariyam ve kimesede haqq vermirem esla sadece medalyonun 2 trerefi var bunu unutmayaq ve cem halinda daniwmayaq

      Cavab yaz
  • Anonim
    Предсмертное желание · 5 Dekabr 18:0450

    Zalimin balasi 40 bicaq qolun yorulmadi senin!!!Adam oldurmek milcek oldurmeye beraber olub

    Cavab yaz
  • Anonim
    $.$.$. · 5 Dekabr 18:1051

    Allah bəlanızı versin Qısqanc həşaratlar ! Bu vəhşiliyi edənə 40 il zindan əzabı verilməlidir ki , curusun elə zindanda .

    Cavab yaz
  • Anonim
    ****** · 5 Dekabr 19:0130

    AĞILLI İNSAN ATASINA-- ANASINA TƏHVİL VERƏR ---BİR İNSAN Kİ NAMUSUNU SATSIN---ONU ÖLDÜRÜB ÖMÜR BOYU YATMAĞA DƏYƏRMİ.ƏLBƏTTƏ YOX .

    Cavab yaz
  • Anonim
    User · 5 Dekabr 19:1314

    Arvadı. Cox. Döyerem ama qatletmerem

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 5 Dekabr 19:4720

    Bu zalim qatilin,qani yoxlanilmalidir.!.Heç vaxt agli bashinda olan insan,bunu etmez..ALLAH rehmet etsin,xanima da..

    Cavab yaz
  • Anonim
    Alina · 5 Dekabr 21:3820

    Bunun 1tək adı var vəhşilik insan olan bir evdə yaşadığı insana 40 bıçaq zərbəsi vura bilməz yada bu hallanıbmış ağlı başında olan bu qədər qəddar ola bilməz

    Cavab yaz
  • Anonim
    Xacmaz · 5 Dekabr 21:5110

    Alınaıle razıyam aglı basında bırı bunu etmez.O sanıye qadınlara qara yaxırsıze hardan bılırsız xeyanet edıb yanlarında olubsuz.Esebleşdıme.xeyanet ıdıse 5–10 bıcaq zerbedı vurub meyıtınden el çekerdıde aglı basında olmayıbkı yazıqa 40 bıcaq zerbesı vutubda

    Cavab yaz
  • Anonim
    oxucu · 6 Dekabr 08:2700

    Azerbaycanda Qadına şiddete yox deyek Bu mövzu Dövlet seviyesinde ictimayetleşmeludir!!!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.