Ölkə

“Şirvan-3” gəmisinin əsaslı təmiri başa çatdı

5 Dekabr 2018 18:14
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus "Şirvan-3" kran gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir prosesi Bibiheybət" Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

QSC-dən Milli.Az-a verilən məlumata görə, təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik olan kranın burazları dəyişdirilib. Baş və köməkçi mühərriklər, nasoslar, boru sistemləri, sanitar qovşaqlar, elektrik mühərriklərinin cari təmir işləri aparılıb.

"Şirvan-3" tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb. Bununla belə, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də aparılıb.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Test uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Məlumat üçün bildiririk ki, "Şirvan-3" kran gəmisinin uzunluğu 98,55 metr, eni 17,00 metrdir. Gəmi 2×2160 at gücünə malik olan baş mühərriklərlə təchiz olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.