Ölkə

Saçı qırxılan qadına verilən işgəncə izlərinin ŞOK görüntüləri yayıldı - FOTO

5 Dekabr 2018 16:36
37 Şərh     Baxış: 10 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərinə xəyanət etdiyi iddiası ilə saçı qırxılan və bu görüntüləri sosial şəbəkədə yayılan qadınla bağlı yeni detallar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, musavat.com hadisə baş verən gün qadına qarşı törədilən işgəncə izlərinin görüntülərini əldə edib. Məlum olub ki, xəyanət etdiyi iddia olunan qadın videoya çəkiləndən əvvəl və sonra vəhşicəsinə döyülüb.

Görüntülərdən bəlli olur ki, qadının bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirilib, bədənində siqaret söndürülüb. Qadının ailəsi iddia edir ki, hətta 5 yaşlı qızlarının əlinə bıçaq verilərək, "get, ananı yarala" deyilib.

Zərərçəkən tərəfin ailə üzvlərinin bu sayaq məhrəm xarakter daşıyan şəkillərin bu formada yayılmasına etiraz etmədiyini nəzərə alaraq görüntüləri təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.