Ölkə

“Mauqli”nin məğlub etdiyi Orlov azərbaycanlı iş adamının mühafizəçisidir - FOTO

5 Dekabr 2018 14:38
3 Şərh     Baxış: 2 161

Kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib.

Milli.Az reytinq.az-a istinadən xəbər verir ki, "Mauqli" ləqəbi ilə tanınan azərbaycanlı Belarusda keçirilən görüşdə rusiyalı "Molekul Ada" ləqəbli Yevgeni Orlov üzərində qələbə qazanıb.

Beləliklə, məşhur döyüşçümüz Zabit Səmədov növbəti dəfə qələbəsi ilə Azərbaycan bayrağını dalğalandırıb.

Yevgeni Orlovun Azərbaycana xüsusi rəğbəti var. Bu isə təsadüfi deyil. Yevgeni Orlov İtaliyada yaşayan azərbaycanlı iş adamı Füzuli Məmmədovun cangüdənlərindən biridir.

Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun sözlərinə görə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb.

O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Предсмертное желание · 5 Dekabr 14:4800

    Orlov etli-canlidir azca ))))

    Cavab yaz
    • Anonim
      Kami · 5 Dekabr 15:5500

      Orlov-Verziladir. Zabit 120 kq eti nokauta gonderib!

      Cavab yaz
  • Anonim
    Weyx · 5 Dekabr 14:5200

    halaldi Mauqli

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.