Ölkə

Azərbaycanda 14 yaşlı qızını zorlayan ata məhkəmə önündə

5 Dekabr 2018 14:47
21 Şərh     Baxış: 4 825

Şirinov Elnur Feyruz oğlu həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızını dəfələrlə zorlayan atanın məhkəmə prosesi başlayır.

Cinayət Məcəlləsinin 149.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) və 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilən Tərtər rayon sakini Şirinov Elnur Feyruz oğlunun məhkəmə prosesinin hazırlıq iclası dekabr ayının 10-da hakim Kəramət Əliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində E.Şirinovun qızı tanınıb.

İttiham aktına görə, ötən ilin sonlarında Tərtər rayonunun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb.

14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb.

İstintaq zamanı məlum olub ki, adıçəkilən şəxs 14 yaşlı qızını artıq bir neçə ildir, zorlayırmış. Bütün bunlardan xəbərdar olan evin xanımı isə övladlarını tənbeh edərək bu barədə heç kimə deməyə qoymurmuş.

Bildirilir ki, E.Şirinovun 6 azyaşlı qızı var. Onların ən böyüyü - zorlanan 14 yaşlı qızdır. Hadisəni törədən şəxsin arvadı 6-cı oğlan uşağına bu yaxınlarda hamilə qalsa da, E.Şirinov arvadını döyüb, həmin uşağın da ana bətnində ölümünə səbəb olub.

Adıçəkilən cinayəti törədən şəxs  zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.

Milli.Az

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Suleyman · 5 Dekabr 14:53130

    Bu elnuru iceride yasadacaqlar.insan gor ne qeder serefsiz olarki oz balasini zorlayib

    Cavab yaz
    • Anonim
      ? · 5 Dekabr 20:3900

      doğma ata deyil.Ögeydi wərəfsiz

      Cavab yaz
  • Anonim
    xumar · 5 Dekabr 14:56140

    Allah iraq etsin dogma ata ozude bu gunahi hec bir savab bagislamaz

    Cavab yaz
  • Anonim
    Alina · 5 Dekabr 14:5990

    Necə yəni ana deyilən məxluq bilib və susub bunlar necə gedirlər məhkəməyə insanların içinə çıxırlar bu vəhşi məxluq insanlığın utancı nə deyib özünü müdafiə edəcək.Mən insanın canını Allah verib Allah almalıdır inancında yaşayan düşünən insanam Allah heç kəsə göstərməsin mən o ana deyilən məxluqun yerində olsa idim o qeyrətsizin yeməyinə zəhər qatıb öldürərdim hələ bir uşaqları tənbehdə edim gedin özünüzü asın onsuzda cəhənnəmliksiniz sizə nə alcaq söz desəmdə yenə ürəyim soyumaz

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 5 Dekabr 14:59151

    Sozum bitdi!!!Biz kimlerin icinde yashayiriq???Pidofiller,manyaklar,”Qeyretleri” ashib dashanlar

    Cavab yaz
  • Anonim
    Eynur · 5 Dekabr 15:0470

    Belerne ele qanun olaki olum yox olum ucuzdu yalniz iwkence vereler olmek isdiyende qoymuyalar olmeye saxaldalar birde iwkence vereler ozude xalqin icinde belke o biri mexluqlarda cekine

    Cavab yaz
    • Anonim
      $.$.$. · 5 Dekabr 15:1480

      Bu alcaqı Qobustan həbsxanasında curutmək lazımdır . Orada ömurluk həbs yatıb , curusun !

      Cavab yaz
      • Anonim
        AA · 5 Dekabr 15:3360

        Burdada qanun lazımdı.şəhərin kəndin ortasında meydana çəkib şaqqalamaq .hər hansı canlıya qarşı edilən əziyyətə heç dözən deyiləm .Allaha and olsun belə adamların əziyyətlə ölməyin çox istəyirəm .bunlar murdar həşaratdan da murdardılar

        Cavab yaz
  • Anonim
    qonaq · 5 Dekabr 15:15130

    anani niye mesuliyyete celb etmeyibler?onun gunahi ericiyezinnen az deyil.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 5 Dekabr 15:3260

      Bizim millətin bir utanc yeri var : El qınaqı. Kim nə deyər? Kim nə deyir , desin bundan sonra. Bir qızın həyatı məhv oldu. Ailə biyabır oldu. Qızın bundan sonra hec bir vaxt normal ailəsi olmayacaq. Ana da bədbəxt, guya biyabır olmasınlar deyə səsini cıxartmayıb, amma bilən kimi bu pozqun məxluqu polisə şikayət edib tutdurmalıydı. Həm də bu necə anadır ki ailəsində baş verən bu təzavuzdən , tərbiyəsizlikdən xəbəri olmayıb? Olandan sonra da hamilə qızını dərmanla körpədən azad edib ? Tutaq ananı da tutsunlar. bəs evdəki körpələrin taleyi necə olacaq? Allahım aqlımızı başımızdan alma !

      Cavab yaz
  • Anonim
    zyuma · 5 Dekabr 15:1880

    Sozun bitdiyi an........

    Cavab yaz
  • Anonim
    Vuska · 5 Dekabr 15:1970

    Manyak .....Allaha tapsiriram bele atani Allahin leneti olsun manyak kisiye

    Cavab yaz
  • Anonim
    Mehdi · 5 Dekabr 15:3480

    Ne ise hec inana bilmirem de. Ne qeder namussuz,serefsiz,qeyretsiz,anormal,ne bilim ne cur olasanki bu etdiyini edesen.Hec cure aqlima getire bilmirem.Adamin basi herlenir bele xeberleri esidende vallah.

    Cavab yaz
  • Anonim
    Rasim · 5 Dekabr 15:4560

    Onun ozunu icerde zorlayacaqlar onda lezzet edecek ona

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 5 Dekabr 16:1760

      Nə dəyişəcək??Gələcəkdə o qızın həyatı puç olanda yada düşəcək biqeyrət ata??Qızın etiketi(üzr istəyirəm)fahişə olanda heç kim deməyəcək atasının əsəridir,hamı o qızı aşağılayacaq...Dəhşətdir sadəcə.

      Cavab yaz
  • Anonim
    elvo · 5 Dekabr 16:4210

    Yazıq qız

    Cavab yaz
  • Anonim
    elvo · 5 Dekabr 16:4310

    O ata deyil.o şeytandır

    Cavab yaz
  • Anonim
    advokat · 5 Dekabr 17:3500

    İğrenc adam..

    Cavab yaz
  • Anonim
    Mamlyuk · 5 Dekabr 19:4410

    lap ərəblər kimi!

    Cavab yaz
    • Anonim
      Alsu · 5 Dekabr 21:1730

      Vallah hec inanmaq istemirem. En agir hadisedir. Atanin qizina qarwi iyrenc hereketi. Qizin talehi nece olacaq indiden sonra kim alacaq atasi tecavuz etmiw bir qizi. Qiz uwagi atanin namusu qeyretidir. Amma bele ata olarmi deye sual yarani mende. Bu ata yox duwmendir. Bele insanlardan cemiyyetimize xeyr gelmez. Allah cezasini versin cehennem odunda yansin.

      Cavab yaz
  • Anonim
    Tunu · 6 Dekabr 18:3500

    Goranboyun cinli kendinde de bele ata var. Getsinler onu da tapsinlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.