Ölkə

Kürəkəninə “kislota” atan qadının məhkəməsi başladı

5 Dekabr 2018 14:15
0 Şərh     Baxış: 1 076

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın məhkəməsi başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İstintaq zamanı K.Əsədova həbs edilməyib və hazırda azadlıqdadır.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 7-də davam etdiriləcək.

İttihama görə, K.Əsədova gecə saatlarında kürəkəni Tərlan Qarayevin kirayə qaldığı evə gələrək yatdığı yerdə onun üstünə "kislota" töküb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.