Ölkə

Ceyhun Hacıbəylinin varisləri Bakını gəzdilər - FOTO

5 Dekabr 2018 11:52
1 Şərh     Baxış: 4 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar səfərin ilk günü əvvəlcə Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarını daha sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər. Jurnalistlərə açıqlama verən Benjamin Hacıbəyli bildirib ki, 12 il bundan qabaq Azərbaycana gəlib: "Ölkə inkişafa doğru çox dəyişilib. Bakıda çox hündürmərtəbəli binalar var və Bakının mənzərəsi çox ecazkardır, qısa müddətdə Azərbaycan çox dəyişilib.

Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe isə qeyd edib ki, bu səfər çox mənalıdır və görüşdən məmnunluq duyur. 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.