Ölkə

MTRŞ sədri: "Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması baş alıb gedir"

5 Dekabr 2018 11:40
Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına xüsusi diqqət yetirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.

N.Məhərrəmli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən kütləvi informasiya vasitələri Azərbaycan dilinə diqqət və qayğı ilə yanaşmalıdırlar:

"Çox təəssüf ki, televiziya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı problemlər qalmaqdadır. Monitorinqin nəticələri göstərir ki, vəziyyət ürəkaçan olmasa da, müəyyən irəliləyiş var, əvvəlki illərə nisbətən Azərbaycan ədəbi dilinə müəyyən dərəcədə riayət olunur.

Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması, jarqon ifadələrdən istifadə edilməsi baş alıb gedir, bu məsələni daim diqqətdə saxlamaq lazımdır".

MTRŞ sədri qeyd edib ki, teleradio məkanında çalışan aparıcılar və diktorlar Azərbaycan ədəbi dilini səlis və mükəmməl bilməlidirlər: "Biz bu məsələlərdə daim kanallarla normal münasibətlər saxlamışıq. Teleradio məkanında ədəbi dilin yerini daha çox məişət dili tutur. Əgər Azərbaycan ədəbi dili qorunmursa, bundan narahat olmaq lazımdır. Bununla bağlı söhbətlər aparılır və tədbirlər görülür. Digər problemlərdən biri də qloballaşma prosesində güclü dövlətlərin siyasətlərini öz dilləri vasitəsilə həyata keçirmək istəyidir. Ancaq mümkün qədər bu təsirlərin qarşısını almalıyıq. Teleradio kanalları bu məsələdə cəmiyyətə nümunə olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.