Ölkə

Elşad İskəndərov yeni vəzifəyə təyinat aldı - İƏT təşəkkür etdi - FOTO

4 Dekabr 2018 17:16
0 Şərh     Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakı ofisindən Milli.Az-a verilən məlumata əsasən, İƏT Baş katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün təşkilatın Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə E.İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən Baş katib həmçinin İƏT adından təşkilatın Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərinin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə azərbaycanlı diplomata səmimi təşəkkürünü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş katib Əl-Useymin bunu Azərbaycanın İƏT-ə və onun qurumları ilə əməkdaşlığa verdiyi yüksək qiymət kimi dəyərləndirib. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən Yusif bin Əhməd Əl-Useymin İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirib.

Xoş sözlərə görə İƏT Baş katibinə təşəkkürünü bildirən E.İskəndərov isə Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, bu səpkidə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə əməli töfhələr verdiyini vurğulayıb və bundan sonrakı fəaliyyətində bu strateji xəttin gücləndirilməsi üçün təcrübə və bacarığını əsirgəməyəciyini bildirmişdir. Səfir İskəndərov məxsüsusi bildirib ki, ölkəmiz İƏT-də Baş katibinin təşəbbüsü ilə başlamış islahat prosesini dəstəkləyir, bu prosesin tezliklə aparılmasını və onun nəticəsində qurumun daha çevik, müasir dünyanın sürətlə dəyişən çağırışlarına adekvat cavab verə biləcək, üzvlərinin maraqlarını maksimal şəkildə müdafiə edəcək təşkilat olmasını dəstkləyir.

Görüşdə həmçinin İƏT Gənclər Forumunun 3-cü Baş Assambleyasında Forumun rəhbər vəzfələrinə seçilmiş Azərbaycan təmsilçiləri - Forumun Baş Direktoru Rəsul Ömərov və Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev İƏT Baş Katibinə təqdim ediliblər.

Görüşün sonunda İƏT Baş katibi E.İskəndərova İƏT Gənclər Forumunun təşkilatlanması və gənclərinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təşkilatın xüsusi fəxri nişanını təqdim edib.

Xatırladaq ki, 22-24 oktyabr 2018-ci ildə İƏT Gənclər Forumunun İstanbulda keçirilən 3-cü Baş Assambleyasında səlahiyyət müddəti başa çatan Elşad İskəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə səfiri vəzifəsinə təyinat alıb. Baş Assambleyanın qərarına əsasən o, eyni zamanda qurumun İƏT üzv ölkləri hökümətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin edilib.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.