Ölkə

Azərbaycanlı məşhur "ana"sını ölümdən xilas etdi - FOTO

3 Dekabr 2018 15:09
1 Şərh     Baxış: 2 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Keyxanım" kimi məşhurlaşan aktrisa Ülviyyə Əliyeva "Zaurla Günaydın" proqramında qonaq olub.

Milli.Az xəbər verir ki, aktrisa verilişə tək qatılmayıb. Ülviyyə anası və ona analıq edən Zemfira xanımla efirdə qonaq olub.

Aktrisa xanımları təqdim edərkən "İki anam var. Lakin, bioloji anam Bəsti xanımdır. Böyüdən isə Zemfira xanımdır" deyib.

Günay Baxşəliyeva "Zemfira xanım Azərbaycanın ilk təyyarə bələdçisidir" məlumatını verib. 

Övladı olmadığını deyən Zemfira xanım "qızı" barədə danışarkən "Ülviyyə mənim ömrümü 4 il uzadıb. Xəstələnəndə məni İsrailə qədər apardı. Qoymaram Surquta yoldaşının yanında köçüb qala. Onla nəfəs alıram" ifadələrini işlədib.

Qeyd edək ki, Zemfira xanım Ülviyyənin doğma bibisidir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.