Ölkə

BDU-da boş olan vəzifələrə müsabiqə elan edildi - SİYAHI

1 Dekabr 2018 14:39
2 Şərh     Baxış: 4 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Dövlət Universiteti (BDU) boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Milli.Az Report-a istinadən xəbər verir ki, universitetin Bitki fiziologiyası, Üzvü kimya, Ərəb filologiyası, Cinayət prosesi, Pedaqogika, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedaralarının müdiri vəzifələri boşdur. 

BDU eyni zamanda vakant professor - müəllim vəzifəsini tutmaq üçün də müsabiqə elan edib. Ali məktəbin Riyaziyyat və onu tədrisi metodikası (müəllim - 1 yer), Riyazi analiz (dosent - 2 yarımştat), Ali riyaziyyat (dosent - yarım ştat), İdarəetmə nəzəriyyəsinin riyazi üsulları (professor - 1 yer), Fizika elektronika (professor - 1 yer, professor - yarımştat, dosent - 1 yer, müəllim - yarımştat), Yarımkeçiricilər fizikası (dosent - yarımştat), Nəzəri fizika (professor - 1 yer), Ümumi və qeyri-üzvi kimya (dosent - 1 yer), İnsan və heyvan fiziologiyası (dosent - 1 yer), Botanika (müəllim - 1 yer, müəllim - yarımştat), Mikrobiologiya (dosent - 1 yer), Genetika və təkamül təlimi (dosent - 1 yer), Ekoloji kimya (professor - yarımştat, baş müəllim - 1 yer, dosent - 1 yer), İqtisadi və sosial coğrafiya (dosent - 1 yer), Azərbaycan dilçiliyi (dosent - 1 yer), Dünya ədəbiyyatı (dosent - 1 yer), İngilis dili (təbiət fakültələri üzrə) (dosent - 1 yer, müəllim - 1 yer), İngilis dili (humanitar fakültələr üzrə) (baş müəllim - 1 yer, müəllim - yarımştat), Rus dili (təbiət fakülətələri üzrə) (baş müəllim - 1 yer), Rus dilçiliyi (dosent - 1 yer), Azərbaycan tarixi (humanitar fakültələr üzrə) (müəllim - yarımştat), Azərbaycan tarixi (təbiət fakültələri üzrə) (dosent - 1 yer), Asiya və Afrika ölkələri tarixi (dosent - 1 yer), Arxeologiya və etnoqrafiya (dosent - 1 yer), Beynəlxalq ümumi hüquq (dosent - 1 yer), Kosntitusiya hüququ (professor - yarımştat), Dövlət və hüquq nəzəriyyəsi və tarixi (professor - yarımştat), Dünya iqtisadiyyatı (dosent - 1 yer, müəllim - yarımştat), İqtisadiyyat və idarəetmə (müəllim - yarımştat), Diplomatiya və müasir inteqrasiya prosesləri (dosent - yarımştat), Beynəlxalq münasibətlər (müəllim - yarımştat), Ərəb filologiyası (dosent - 1 yer), Türki filologiyası (dosent - yarımştat), Politologiya və sosiologiya (professor - 1 yer), Pedaqogika (dosent - yarımştat), Kitabxana resursları və informasiya axtarış sistemləri (dosent - yarımştat) və Biblioqrafiyaşünaslıq (müəllim - yarımştat, dosent - yarımştat) kafedralarında vakansiya var.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 1 ay müddətində BDU-ya təqdim edə bilərlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.